Brent markalı neftin qiyməti bir qədər artaraq 66,2 dollar/barelə çatıb
Neft qiymətləri OPEC+ ölkələrindən tədarükün artması qorxusu ilə bir gün əvvəl kəskin enişdən sonra cümə axşamı səhər bir qədər yüksəldi.
QHT.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,08 dollar (0,12%) artaraq 66,20 dollar/barelə bərabər olub. Çərşənbə günü bu kontraktlar 1,32 dollar (1,96%) azalaraq 66,12 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI neftinin fyuçersləri 0,09 dollar (0,14%) bahalaşaraq 62,36 dollar/barelə çatıb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,4 dollar (2,2%) ucuzlaşaraq 62,27 dollar/barel olub.
R.İmanov