“Sənsiz ötən 30 il” kitabının təqdimatı keçirildi - FOTOLAR
Azərbaycan Yazıçılar Birliyində “Sənsiz ötən 30 il” kitabının təqdimatı keçirildi.
QHT.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist, filoloq Sona Çərkəzin müəllifi olduğu və ömür-gün yoldaşı, mərhum Çərkəz Quliyevə həsr etdiyi “Sənsiz ötən 30 il” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış yazıçılar, ədəbi cameənin nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Mərasim zamanı çıxış edənlər kitabın emosional dəyərindən, müəllifin səmimi və poetik dili ilə qələmə aldığı həyat yolundan və dərin duyğulardan söz açıblar.
Mərasim zamanı iştirakçılar kitabdan parçalar səsləndirib, müəllifə uğurlar arzulayıblar. Tədbir səmimi və duyğusal atmosferdə keçib.
Pərvanə Fərhadqızı