"Mütaliə bizə nə verir" mövzusunda tədbir keçirildi - FOTOLAR
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Mütaliə bizə nə verir" mövzusunda tədbir keçirildi.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova məlumat verib. Onun sözlərinə görə, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Mütaliə bizə nə verir" mövzusunda keçirilən tədbirdə Yazıçılar birliyinin üzvləri olan gənç şairə xanımlar iştirak edirdi. Mərkəzdə 40 ildən çox pedaqoji fəaliyyəti olan və bu gün qonaqlarımız olan Respublikanın Əməkdar müəllimi Esmira Rəhimova və Gülnaz Əfəndiyeva da iştirak edirdi. Şairə qonaqlar: Xatirə Fərəcli - Azərbaycan Yazıçılar Birliyinin Multukultural məsələlər üzrə məsul şəxs, Aysəl Xanlarqızı Səfərli - Şair AYB üzvü, Prezident mükafatçısı, Gülnar Ümid Şair- AYB üzvü, Prezident mükafatçısı, Aliyə Əzizgül Şair yazıçı AYB üzvü idi. Daha sonra şairə xanımların gətirdikləri kitabları mərkəzin kitabxanasına bağışlandı. Eyni zamanda, Respublikada keçirilən COP-29 tədbirinə hazırlanmış "Yaşılım, yaşılım hara gedirsən" kitabı hədiyyə olaraq, kitabxanamıza verildi.
"Mütaliə etməyin faydalari və müasir dövrdə uğurlu olmaq üçün oxumaq nə dərəcədə önəmlidi" mövzularında fikir mübadiləsi aparıldı. Mütaliə özündə "Kitaba sevgi, oxuya maraq" "Oxuduğunu qavramaq və anlamaq" kimi anlaşmanı birləşdirdiyindən tələbələrimiz bir daha əmin oldular.
Qonağlarla yanaşı mərkəzimizin müəlim kollektivi, eyni zamanda tələbələridə fəal iştirak etdilər.
Pərvanə Fərhadqızı