Uşaqlıq astmasının qarşısını almağın yolu tapılıb
Yeni araşdırmaya görə, ABŞ-da uşaqlarda astma hallarının üçdə biri benzinlə işləyən avtomobillərin zərərli tullantıları ilə bağlıdır.
QHT.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, bu avtomobillərin yalnız yarısını elektrikli nəqliyyat vasitələri ilə əvəzləmək, uşaqlıq astmasının yeni hallarını əhəmiyyətli dərəcədə azalda bilər. 2013–2019-cu illər üzrə təhlil göstərib ki, hər 1000 yeni benzinli avtomobilə bir uşaq astması halı düşür. Ən böyük faydanı isə sıx məskunlaşmış və köhnə avtomobillərin çox olduğu bölgələr görəcək. Lakin tədqiqatçılar vurğulayırlar ki, elektrik avtomobilləri tək həll deyil. Onların faydası yalnız köhnə avtomobilləri əvəz etdikdə mümkün olur. Bundan başqa, elektrikli nəqliyyat da müəyyən dərəcədə çirklənməyə səbəb olur və enerji mənbəyi, təmir və akkumulyatorların emalı kimi məsələlər də nəzərə alınmalıdır.
Alimlər qeyd edirlər ki, ətraf mühit və ictimai sağlamlıq üçün geniş və davamlı dəyişikliklər üçün ictimai nəqliyyat və velosiped infrastrukturuna da sərmayə qoyulmalıdır.
R.İmanov