"Sakit Çernobıl" fəlakətdən 80 il sonra da Yerin səthini dəyişir - Alimlər
"Səssiz Çernobıl” Aral dənizindən böyük həcmdə suyun buxarlanması ilə nəticələndi.
QHT.az xəbər verir ki, Aral dənizinin quruması nəticəsində Yerin mantiyası altında qabarıqlıq yaranır. Alimlərin apardığı araşdırma göstərib ki, 1960-cı illərdən bəri Aral dənizi 1,1 milyard ton su itirib – bu, 150 Böyük Giza Piramidasının kütləsinə bərabərdir. Su itkisi ilə gölün çəkisi azalıb, nəticədə yer qabığında qismən "geri dönmə" – yəni qabarıqlıq müşahidə olunur. 2016-2020-ci illərdə aparılan peyk müşahidələri Aral dənizi ətrafında torpağın hər il təxminən 7 millimetr yüksəldiyini ortaya qoyub.
Mütəxəssislər qeyd edirlər ki, bu yüksəlmə prosesi dənizin sahil xəttindən də kənara çıxır və proses hələ də davam edir.
R.İmanov