Birinci rübdə “Könüllü DOST” proqramına 373 şəxs cəlb olunub
Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramına cari ilin birinci rübündə 9 min müraciət olub, 373 şəxs proqrama cəlb olunub.
Proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.
Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir.
Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.
Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.