Kommersiya hüququ və mediasiya mövzusunda yeni nəşrin imza günü keçiriləcək

25 aprel 2025-ci il tarixində hüquqşünas Leyla Şahbazovanın müəllifi olduğu “Böyük Britaniyada kommersiya məsələlərində mediasiyanın rolu: Qısa müqayisəli təhlil” adlı kitabın imza günü keçiriləcək.

QHT.az xəbər verir ki, əsasən Böyük Britaniya təcrübəsinə əsaslanan və kommersiya mübahisələrinin sülh yolu ilə, yəni mediasiya vasitəsilə həllinin üstünlüklərini vurğulayan bu dəyərli vəsait, hüquqşünaslar, tələbələr və biznes sahibləri üçün praktiki əhəmiyyət daşıyır.

İmza günü iştirakçıları kitabı ödənişsiz əldə edəcəklər. Bu nadir fürsət, həm müəlliflə tanış olmaq, həm də kommersiya hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olmaq imkanı yaradacaq.

  • Tarix: 25 aprel 2025-ci il
  • Saat: 16:00
  • Məkan: Libraff kitab evi – Park Akademiya filialı

Hüquq və biznes aləmində yeniliklərə açıq olan hər kəs bu tədbirdə iştirak etməyə dəvət olunur!