Deputat: "Yeni dəyişikliklərlə kredit tarixçəsi pisləşməyəcək"

Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

QHT.az xəbər verir ki, deputat, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov bildirib ki, bundan sonra nisyə mal satan hüquqi və fiziki şəxslər, əgər illik dövriyyələri 100 min manatı keçsə belə, kredit bürolarına məlumat vermək öhdəliyindən azad olunublar:

"Bu, həm inzibati prosedurların sadələşməsi, həm də sahibkar və vətəndaşların “qara siyahıya” düşməsinin qarşısını alacaq. Yeni qaydalar alqı-satqı aktivliyini artıracaq və kredit tarixçələrinin bu səbəbdən pisləşməsinin qarşısını alacaq".

 

Pərvanə Fərhadqızı