Çin Dünyanın İlk 10G İnternetini istifadəyə verdi

10G dövrü başlayır.

QHT.az xəbər verir ki, Huawei və China Unicom şirkətləri Çinin Xiong'an rayonunda 50G PON texnologiyasına əsaslanan dünyanın ilk yeni nəsil 10G genişzolaqlı şəbəkəsini istifadəyə veriblər. Sınaqlar zamanı yükləmə sürəti 9834 Mbps, göndərmə isə 1000 Mbps-ə çatıb. Bu texnologiya adi gigabit bağlantılardan qat-qat üstündür və fiber-optik infrastrukturun modernləşdirilməsi sayəsində mümkün olub. Yeni şəbəkə, istifadəçiyə düşən ötürmə qabiliyyətini məlumat mərkəzi səviyyəsinə çatdıraraq 8K yayım və bulud oyunlarını eyni anda, fasiləsiz təmin edir. Pekində aparılan testlərdə yükləmə 9340 Mbps, göndərmə isə 6300 Mbps-dən çox olub. Bu sürətlə 90 GB-lıq 8K film cəmi 72 saniyəyə yüklənə bilər – bu, bir gigabit şəbəkəsi ilə müqayisədə 10 dəfədən çox sürətlidir.

Qeyd edək ki, Avropa İlon Maskın Starlinkini əvəz edəcək peyk interneti layihəsini hazırlayır. 300-ə yaxın peykdən ibarət bu çoxorbitli şəbəkənin 2030-cu ilə qədər tam istifadəyə verilməsi planlaşdırılır.

 

R.İmanov