Birgə doğulan, birgə şəhid olan igidlər...

Eyni gündə anadan olub, eyni gündə şəhid olan Tacir və Nazir Allahverdiyev qardaşları dərin ehtiramla yad edirik!

QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Tazir Xasay oğlu Allahverdiyev və Nazir Xasay oğlu Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olublar. Onlar 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində birlikdə qatılıb və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak ediblər. Bu istiqamətdə gedən döyüşlərdə çiyin-çiyinə şücaət göstərən əkiz qardaşlar 24 oktyabr tarixində qəhrəmancasına şəhid olublar.

Tacir və Nazir Allahverdiyev qardaşları göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.

Ruhu şad olsun!