QHT təmsilçisi Nədimə Rəhimli beynəlxalq platformada rəhbər vəzifəyə seçildi
Nədimə Rəhimli beynəlxalq QHT Koalisiyasının İdarə heyətinə seçilib.
QHT.az xəbər verir ki, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli növbəti beynəlxalq uğura imza atıb. O, bu günlərdə “Social Development” QHT Koalisiyasının İdarə Heyətinin üzvü və eyni zamanda Mərkəzi Avropa üzrə sədri seçilib.
Qeyd edək ki, “Social Development” QHT Koalisiyası dünyanın müxtəlif ölkələrindən olan QHT-ləri, yerli icmalar, əlilliyi olan şəxslər, gənclər təşkilatları, akademik qurumlar və özəl sektor nümayəndələrini bir araya gətirən beynəlxalq platformadır. Koalisiyanın əsas məqsədi sosial rifah, gender bərabərliyi, inklüziv inkişaf və sosial müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində əməkdaşlığı və siyasətə təsiri artırmaqdır. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) uyğun fəaliyyət göstərən bu platforma, xüsusilə COVID-19 pandemiyasının yaratdığı sosial bərabərsizliklərə qarşı daha ədalətli və dayanıqlı sistemlərin qurulması üçün çağırışlar edir. Koalisiya, 2025-ci ildə Qətərdə keçiriləcək Sosial İnkişaf üzrə II Dünya Sammitinə hazırlıq çərçivəsində də geniş fəaliyyət göstərir.