Aygün Əliyeva: “Agentliyin məsul olduğu tapşırıqların icrası 97.3%-ə çatıb”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu gün keçirilən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 illik fəaliyyətinə dair mətbuat konfransında qurumun son illərdə fəaliyyətində mühüm irəliləyişlərə nail olduğunu bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Prezident İlham Əliyevin fərman və sərəncamlarında Agentliyə həvalə olunmuş tapşırıqların icrası səviyyəsi ilbəil artıb:

“2022-ci ildə bu göstərici 76%, 2023-cü ildə 87.5%, 2024-cü ildə isə 97.3%-ə çatıb. Dövlət Proqramları və Milli Fəaliyyət Planları çərçivəsində icrasına cavabdeh olduğumuz tapşırıqların sayı da 2022-ci illə müqayisədə 4 dəfə artıb,” – deyə o, mətbuat konfransında qeyd edib.

 

Pərvanə Fərhadqızı