“Zərərli vərdişlər və erkən nikahın fəsadları” – Masallıda maarifləndirici görüş
“Zərərli vərdişlər və erkən nikahın fəsadları” – Masallıda maarifləndirici görüş
Masallı rayonu üzrə təhsil sektoru və Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyində şagirdlərin sağlam həyat tərzinə təşviqi və maarifləndirilməsi məqsədilə “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda tədbir keçirilib.
Maarifləndirici görüş öncəsi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı təhsil sektorunun müdiri Elman Rzayev, Masallı RPŞ-nin rəisi, polis-polkovniki Azay Ağayev, rəis müavini, polis-mayoru İxtiyar Talıbov, “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyin direktor əvəzi Əhməd Məmmədov zərərli vərdişlərin (siqaret, alkoqol, narkotik və s.) insan sağlamlığına, təhsil fəaliyyətinə və psixoloji durumuna mənfi təsirləri, erkən nikahın fəsadları barədə ətraflı məlumat verib, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin, həmçinin azyaşlıların məişət zorakılığına, cinsi və əmək istismarına məruz qalma, erkən nikaha cəlb olunma hallarının, yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması yönümündə aparılan mübarizə metodlarından danışıblar.
Tədbirdə həmçinin Polis Akademiyasında təhsilə təşviqlə bağlı şagirdlərlə söhbətlər aparılıb, bu cür görüşlərin keçirilməsinin yetkinlik yaşına çatmayanların maarifləndirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.
Diskussiya şəraitində davam edən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV