Alimlər həyəcan təbili çalır: Skandinaviya buzlaqları sürətlə əriyir

2024-cü il Avropada ən isti il olub və Skandinaviya buzlaqları orta hesabla 1,8 metr kiçilib. Bu, iqlim dəyişikliyi, havanın çirklənməsi və istixana qazları emissiyalarının səbəb olduğu davamlı qlobal istiləşmə ilə əlaqələndirilir.

QHT.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, yaxın gələcəkdə buzlaqların əhəmiyyətli hissəsi yox ola bilər. Buzlaqların əriməsi təbii bir proses olsa da, sürətli ərimə ekosistemlərin uyğunlaşmasına imkan vermir. Ümumdünya Meteorologiya Təşkilatına görə, planetin şirin suyunun 70%-i buzlaqlardan gəlir, bu da kənd təsərrüfatı və su təchizatı üçün həyati əhəmiyyət kəsb edir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) xəbərdarlıq edir ki, istixana qazları emissiyaları kəskin şəkildə azalmasa, 2100-cü ilə qədər İsveçdəki buzlaqların əksəriyyəti tamamilə əriyəcək. Buzlaqların itməsi ekosistemlərin və planetin biomüxtəlifliyinin təhlükə altına girməsinə səbəb olacaq.

 

R.İmanov