Uşaq Səfirləri Balakəndə görüş keçirdi, Qubada layihə gerçəkləşdi - FOTOLAR

Balakən rayonunda Uşaq Səfirlər Məclisinin fəalları ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova, rayon təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, Məclisin Balakən nümayəndələri və fəallar iştirak ediblər. Tədbirdə 2025-ci il üçün nəzərdə tutulan tədbirlər planı, qarşıya qoyulan hədəflər və həyata keçiriləcək layihələr müzakirə olunub, təkliflər səsləndirilib.

Eyni zamanda, Məclisin Quba rayonu üzrə nümayəndəsi Xədicə Məliklinin təşəbbüsü ilə Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbdə “Uşaqdan-böyüyə” layihəsi çərçivəsində “Uşaqların gələcəyində böyüklərin rolu” adlı tədbir keçirilib. Tədbirdə uşaqların inkişafında valideynlərin və böyüklərin rolu müzakirə edilib, fəallar çıxış ediblər.