“Bakı Marafonu 2025” üçün hazırlıq təlimləri davam edir - FOTOLAR
“Bakı Marafonu 2025” öncəsi hazırlıq təlimləri uğurla davam edir! 15-18 aprel tarixlərində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə “Regional İnkişaf” İctimai Birliyinin müsahibələrindən uğurla keçmiş və marafonda iştirak edəcək könüllülər iştirak edir.
QHT.az xəbər verir ki, RİİB-in tərəfdaşlığı ilə keçirilən bu təlimlərdə iştirakçılara “Bakı Marafonu 2025”-in ümumi konsepti, tədbirin məqsədi və miqyası təqdim olunur. Təlimlər zamanı könüllülərin marafon günündəki rolu, vəzifə bölgüsü, iş prinsipləri, təhlükəsizlik qaydaları və digər zəruri məqamlar ətraflı şəkildə izah edilir. Proqram daha interaktiv şəkildə təşkil olunaraq buzqıran oyunlarla zənginləşdirilir. Gündəlik iki növbədə keçirilən təlimlərə hər gün 150 könüllü cəlb olunur və onların marafon üçün hazırlığı məqsədyönlü şəkildə həyata keçirilir.