Süni intellekt modelləri Ukrayna və Rusiyaya sülh razılaşmasına nail ola bilər

Bəzi modellər artıq tanınmış siyasi xadimlərin simasını və diplomatiya üslubunu mənimsəyərək dinc ideyalar yarada bilirlər.

QHT.az xəbər verir ki, süni intellekt artıq tanınmış liderlərin üslubunu mənimsəyərək, sülh danışıqlarında istifadə edilə biləcək ideyalar formalaşdırır. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) tərəfindən yaradılan "Strateji Baş Küləklər" layihəsi çərçivəsində sülh müqaviləsi simulyatoru hazırlanıb. Bu sistem Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda qərb diplomatlarına dəstək verir. Futures Lab süni intellekt əsasında Si Cinpin, Sun Tzu kimi liderlərin davranış tərzini modelləşdirən avatarlar da hazırlayıb. Bu texnologiyalar tərəflərin mövqelərini anlamağa və yaradıcılığa töhfə verir.

Gələcəkdə bu modellər oyun nəzəriyyəsi ilə birləşdirilərək, tərəflərin motivasiyasına əsaslanan daha real proqnozlar verə bilər. Artıq bəzi süni intellekt sistemləri 2025-ci ildə Ukrayna üzrə danışıqların başlanacağını proqnozlaşdırıb. Ekspertlər bildirirlər ki, süni intellekt təhlükəsizlik danışıqlarında vacib alətə çevrilməkdədir. Gələcəkdə diplomatik müqavilələrin insan yox, süni intellekt vasitəsilə bağlanacağı ehtimal olunur.

 

R.İmanov