“Suverenliyimizin izi ilə” adlı tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Tərtər rayon üzrə nümayəndələri Nuray Zeynalzadə, Ayxan Allahverdiyev və fəalların təşəbbüsü, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Suverenliyimizin izi ilə” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, təbdirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. "Suverenliyin izi ilə" layihəsinin əsas məqsədi Azərbaycan Respublikasının suverenliyi və müstəqillik yolunda keçdiyi tarixi mərhələləri təbliğ etmək, gənc nəslə milli dəyərlərimizi, dövlətçiliyimizin əsaslarını tanıtmaq və onlarda vətənpərvərlik ruhunu gücləndirməkdir. Layihə çərçivəsində keçirilən tədbirlər vasitəsilə iştirakçılara Azərbaycanın müstəqillik tarixinin əhəmiyyəti çatdırılır, dövlətçilik ənənələrinin qorunmasının vacibliyi vurğulanır.