Dünya Hemofiliya Günü xüsusi tədbirlə qeyd olunacaq - FOTO
Bu gün Azərbaycanda Dünya Hemofiliya Günü münasibətilə xüsusi tədbir keçiriləcək.
QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, tədbir Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Mirzə Ələkbər Sabir Fondu və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq:
"Tədbirdə dövlət qurumları, həkimlər və ictimai xadimlərin iştirakı ilə muğam konserti keçiriləcək. Konsert Dünya Hemofiliya Gününə həsr olunacaq. Qeyd edək ki, Dünya Hemofiliya Günü hazırda dünyanın 147 ölkəsində qeyd olunur və Azərbaycanda bu gün 1997-ci ildən etibarən müxtəlif tədbirlər çərçivəsində qeyd edilir. Tədbirin məqsədi nadir qanın laxtalanma pozğunluqları ilə bağlı xəstəliklərə dövlət qurumlarının, tibb mütəxəssislərinin və ictimaiyyətin diqqətini cəlb etmək, bu xəstələrin keyfiyyətli müalicəsinə nail olmaqdır".

Qeyd: Tədbirdə iştirak yalnız xüsusi dəvətlilər üçün nəzərdə tutulub.
Tədbirin təşkilatçıları və tərəfdaşları:
-
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
-
Beynəlxalq Muğam Mərkəzi
-
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
-
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
-
TƏBİB
-
Pasiyent Təşkilatları İttifaqı
Pərvanə Fərhadqızı