Ölkəmizdə ilk dəfə olaraq "Əmək Bazarına Hazırlıq İndeksi" hazırlanıb - FOTOLAR

Bu ilkə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi imza atıb.

QHT.az xəbər verir ki, bu barədə UNEC rektoru, professor Ədalət Muradov məlumat verib. Onun sözlərinə görə, "Əmək Bazarına Hazırlıq İndeksi" tələbələrin qeyri-akademik fəaliyyətlərinin diaqnostik dəyərləndirilməsi, səriştələr arasında balansın təmin edilməsi və onların dəstəklənməsini təmin edən kompleks inkişaf layihəsidir:

"Dəyərləndirmənin nəticələrı əsasında tələbələrin inkişafına dair tövsiyələr veriləcək. Bu gün Dövlət Məşğulluq Agentliyi "Əmək Bazarına Hazırlıq İndeksi"-ni UNEC-də təqdim etdi. Müzakirələrdən sonra bu layihənin pilot olaraq UNEC-də tətbiqinə dair qərar verdik. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri hörmətli Sadiq müəllim Əliyevə və komandasına təşəkkür edirəm".