Qəhrəmanın oğlundan qızıl qələbə!

Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiadasında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb 

QHT.az xəbər verir ki, Araz övladımızı qazandığı bu möhtəşəm uğur münasibətilə təbrik edir və gələcəkdə daha böyük uğurlar arzulayırıq!

Qeyd edək ki, Araz Şadmanzadə ötən ilin dekabrında keçirilən IMEC Online Riyaziyyat Olimpiadasında qızıl medal qazanaraq Sidney Olimpiadasında iştirak hüququ əldə etmişdi.