Hüquq sahəsində təhsil alan türkiyəli tələbələr İnstitutun qonağı olublar - FOTOLAR

Aprelin 15-də İstanbul Medipol Universitetinin hüquq ixtisası üzrə təhsil alan 30 tələbəsi Hüquq və İnsan Haqları İnstitutunun qonağı olub.

QHT.az xəbər verir ki, Türkiyəli tələbələri salamlayan İnstitutun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasiyev qonaqlara İnstitutun fəaliyyəti və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, iki qardaş ölkənin hüquq sahəsində təhsil alan tələbələri arasında təcrübə mübadiləsinin mühüm əhəmiyyətini və gələcək perspektivlərini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev tələbələrin qarşılıqlı tanışlıq səfərlərinin universitetlər arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Hüquq tədqiqatçısı Zöhrə Kəngərli və təlimçi-ekspert Zümrüd Əlizadə İnstitutun fəaliyyətinə dair təqdimatla çıxış edərək, nailiyyətlər, nəşrlər, ərsəyə gətirilmiş rəqəmsal təşəbbüslər, həmçinin insan hüquqları sahəsində həyata keçirilən təlimlər barədə ətraflı məlumat veriblər.

Türkiyəli tələbələrlə insan hüquqlarının inkişafına dair fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.