Qəhrəman şəhidimiz Müşviq Abbasovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Müşviq Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub.

QHT.az xəbər verir ki, "Tovuz" döyüşlərindən sonra oğulları ilə birlikdə cəbhəyə yollanmaq üçün hərbi komissarlığa müraciət edib. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanması ilə Müşfiq Abbasov 2 oğlu ilə birlikdə döyüşlərə qatılıb. 44 günlük Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Müşfiq Abbasov 5 oktyabr tarixində Qərvənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Müşviq Abbasov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!