Tanınmış qəzəlxan şair Şahin Fazilin 85 illik yubileyi qeyd olunacaq

Aprel ayının 18-də Azərbaycan ədəbi mühitində iz qoymuş, dəyərli söz ustadı, Tarix elmləri doktoru, mərhum qəzəlxan şair Şahin Fazilin 85 illik yubileyi qeyd olunacaq.

QHT.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda baş tutacaq.

Ədəbiyyatsevərləri, elmi ictimaiyyəti və sənət adamlarını bir araya gətirəcək bu mərasimdə Şahin Fazilin yaradıcılığı, onun qəzəl sənətinə töhfələri, həmçinin elmi irsi geniş şəkildə xatırlanacaq. Tədbirdə şairin yaradıcılığı haqqında çıxışlar ediləcək, şeirlərindən nümunələr səsləndiriləcək, onun söz dünyasına səyahət ediləcək.

Giriş sərbəstdir.