Vüqar Bayramov: POS-terminal komissiyaları biznesi çətin vəziyyətə salır

"Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artmaqla yanaşı, nağdsız ödənişlərə maraq da yüksəlir. Bu, şəffaflığa xidmət etsə də, bankların POS-terminallar üzrə yüksək komissiya haqları mikro və kiçik sahibkarlar üçün əlavə xərclər yaradır və qiymət artımına səbəb olur".

QHT.az xəbər verir ki, bu sözləri Deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2024-cü ildə nağdsız ticarət dövriyyəsi 24.5 milyard manat olub və banklar bu xidmətlərdən təxminən 368 milyon manat qazanıb: "Qərb ölkələrində bu komissiyalar 0.2–0.3% səviyyəsində olsa da, Azərbaycanda 1.4–1.8% arasında dəyişir".

Deputat qeyd edib ki, POS-terminallara görə maksimum komissiya faizinin müəyyənləşdirilməsi, Mərkəzi Bankın stimullaşdırıcı addımlar atması və daxili İnterçeync sisteminin qurulması bu məsələni həll edə bilər. Bu, həm nağdsız ödənişləri təşviq edər, həm də qiymətlərin azalmasına səbəb olar.

 

Pərvanə Fərhadqızı