ABŞ prezidenti Donald Trampın müşavirləri Kremlə qarşı siyasətdə iki düşərgəyə bölünüblər.
QHT.az xəbər verir ki, Dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloq Trampı Rusiyaya qarşı sərt mövqe tutmağa çağırır. Onlar Putində sülh istəyi görmədiklərini bildirir və Moskvanın Ukrayna ərazilərindən əl çəkmədiyi müddətdə güzəştə qarşı çıxırlar. Digər tərəfdən, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyanın sülhə maraqlı olduğunu düşünür və Tramp tərəfindən daha çox dinlənilir. Bu fikir ayrılıqları artıq ictimai müstəviyə keçib.
Rusiyanın Sumi şəhərinə raket hücumu zamanı Tramp hadisəni “səhv” adlandırıb və Baydeni günahlandırıb. Halbuki Rubio və Kelloq hücumu sərt ifadələrlə qınayıb. Sonradan Tramp da münaqişəyə görə Putinin məsuliyyət daşıdığını etiraf edib. Hazırda Ağ Evdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin zəruriliyi ilə bağlı ciddi müzakirələr aparılır. Məqsəd Putini danışıqlar masasına məcbur etməkdir.
R.İmanov