"TÜREK – ortaq baxışın, ortaq gücün və ortaq gələcəyin rəmzidir" - QHT sədri
Ankarada keçirilən rəsmi mərasimdə Türk Dünyasında ilk dəfə olaraq marketinq, reklam və media sahəsində ortaq platforma – TÜREK yaradılıb. Azərbaycanı bu birlikdə “Reklam və Marketinqin İnkişafına Dəstək” İctimai Birliyi (RMİD) və onun sədri Xəyalə Mütəllimova təmsil edəcək.
QHT.az xəbər verir ki, tədbirdə T.C. Ticarət naziri Prof. Dr. Ömər Bolat qeyd edib ki, bu birlik vasitəsilə təxminən 160 milyon nəfərlik əhali, 7 milyard avro reklam bazarı və 1,8 trilyon avroluq iqtisadi imkanlara çıxış əldə ediləcək. TÜREK-in məqsədi Türk dövlətləri arasında bilik və təcrübə mübadiləsi aparmaq, sahələrarası əməkdaşlığı gücləndirmək və ortaq gələcək qurmaqdır.
Xəyalə Mütəllimova çıxışında bildirib:
"TÜREK ölkələrimiz arasında iqtisadi və mədəni körpülər yaradacaq, həmrəyliyi gücləndirəcək! TÜREK – ortaq baxışın, ortaq gücün və ortaq gələcəyin rəmzidir."