Yazıçı Anarla görüş keçirilib - FOTOLAR
“Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində yazıçı Anarla görüş keçirilib.
QHT.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verilib. Layihə çərçivəsində tanınmış ziyalıların uşaq səfirlər, tələbələr və gənc fəallarla görüşləri, həmçinin bu mövzuda konfrans və forumların təşkil edilməsi nəzərədə tutulur. İlk belə görüş 14 aprel 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə keçirilib.
100 nəfərdən çox uşaq səfirin və tələbənin iştirak etdiyi görüşdə yazıçı ona ünvanlanan sualları cavablandırıb, tövsiyə və məsləhətlərini səsləndirib. Tədbirdə iştirakçılar arasından bir neçə gənc yazar müəllifi olduğu kitabları Anara təqdim edib.
Qeyd edək ki, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinin məqsədi uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə əsasən maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətin gücləndirilməsidir.