Agentlik Böyük Britaniyada daha bir mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “International Elite 100 Awards” müsabiqəsində uğur əldə edib.
Agentlik müsabiqəyə rəqəmsal layihələri ilə qatılıb və “Dövlət Məşğulluq Xidmətlərində Ən Yaxşı Rəqəmsal Təşəbbüslər” kateqoriyası üzrə qalib seçilib.
https://internationalelite100.com/2025-winners
Müsabiqədə Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.
Bu mükafat qlobal iş dünyasında unikal yanaşmaları, innovativ layihələri və nailiyyətləri ilə fərqlənən qurumlara verilir.