Şəhidimiz Səbuhi Hüseynlinin anım günüdür
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Hüseynli 26 oktyabr tarixində Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb. 6 ay komada qaldıqdan sonra 2021-ci ilin 15 aprel tarixində müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb.
QHT.az xəbər verir ki, o, 2 may 1997-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub və xidməti dövründə baş verən "Aprel" döyüşlərinin iştirakçısı olub. 2020-ci ilin aprelindən etibarən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayan Səbuhi Hüseynli 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və
Səbuhi Hüseynli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!