“Sağlamlığın qorunması hüququ” – Masallıda tədbir 

“Sağlamlığın qorunması hüququ” – Masallıda tədbir 

 

Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Sağlamlığın qorunması hüququ" adlı tədbir keçirilib.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində gerçəkləşən tədbirdə təşkilatçı qurumların rəsmiləri, səhiyyə işçiləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu,  xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ceyhun Hüseynov "Sağlamlığın qorunması hüququ" barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, sağlamlığın qorunması hər kəsin fiziki sağlamlığının möhkəmləndirilməsi, uzunmüddətli həyat fəaliyyətinin təmin edilməsi, müvafiq tibbi yardımın göstərilməsi və digər mühüm tədbirlər sisteminin məcmusundan ibarətdir. Qeyd edilib ki, sağlamlığın qorunması hüququ əsas hüquqlardan biri kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt, digər beynəlxalq sənədlər, Azərbaycan Respublikasının Konstitusiyası və bu hüquqla bağlı digər qanunvericilik aktlarında geniş şəkildə təsbit edilib. 
Çıxışlar zamanı müzakirə olunan mövzunun əhəmiyyəti vurğulanıb, ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlərin həyata keçirilməsindən bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV