Qəhrəman şəhidimiz Hafiz Abdullayevin anım günüdür
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2005-ci ildə isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıdıb. "Gizirlik" kursunu müvəffəqiyyətlə bitirən Hafiz Abdullayev 7 mart 2019-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək şəhid olub.
Ruhu şad olsun!