Çevik öyrənmə formatı tələbələrə daha yaxşı akademik performans əldə etməyə kömək edir

Holland alimləri universitetlərdə təhsil formasının (üz-üzə, onlayn və ya qeydə alınmış) akademik performansa təsirini araşdırıblar. 

QHT.az xəbər verir ki, "Komanda Təşkilat və Ətraf Mühit" kursunu keçən 300 bakalavr tələbəsinin imtahan nəticələri göstərdi ki, tədris formasından asılı olmayaraq, material eyni dərəcədə yaxşı mənimsənilib. Əsas amil tələbənin şəraitinə uyğun format seçmək bacarığı olub. Tədqiqat göstərdi ki, onlayn təhsil əlilliyi olanlara, uzaqda yaşayanlara və işləyən tələbələrə uyğun imkanlar yaradır. Müəllimlər isə söhbət və viktorinalarla distant təhsil alanları aktiv iştirak etməyə təşviq ediblər.

Eyni zamanda, akademik bina sosiallaşma və komanda işi üçün əhəmiyyətli rol oynasa da, mühazirələrə məcburi iştirak birlik üçün kifayət deyil.

 

R.İmanov