“Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirildi - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Sumqayıt şəhəri üzrə regional nümayəndəsi Quliyev Muhəmmədin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Təhsil sektorunun dəstəyi ilə "Oğlanlar Müzakirəyə qoşulur" layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı tədbir keçirildi.
QHT.az xəbərr verir ki, tədbirdə dövlət qurumlarından dəvət olunmuş məsul şəxslər iştirak
etdi. Tədbirdə Narkomaniya və digər zərərli vərdişlərin yaranma səbəbləri, onların insan sağlamlığına və cəmiyyətə vurduğu zərəri, eyni zamanda bu kimi halların qarşısının alınması yolları müzakirə olunub. Sonda uşaqların mövzu ilə bağlı fikirləri dinləndi və sualları cavablandırıldı.