Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.
QHT.az -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb.
Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.