QHT-lərin nəzərinə! Risklərin qiymətləndirilməsi ilə bağlı nümunə

Hörmətli QHT-lər,

Bildiyiniz kimi, QHT-lərdən Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə qeyri-hökumət təşkilatlarına nəzarət orqanı qismində nazirlik tərəfindən sahəvi risk qiymətləndirilməsinin həyata
keçirilməsi üçün institusional risk qiymətləndirilməsinin nəticələrinin qısa müddət ərzində Ədliyyə Nazirliyinə təqdim olunması xahiş olunmuşdur.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 21.7-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik əsasla cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının
yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə institusional riskləri müəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrini sənədləşdirməli və nəzarət orqanına təqdim etməli, həmçinin rəhbərlik tərəfindən təsdiq edilən daxili qayda və prosedurlara uyğun olaraq risklərin idarə olunması, aradan qaldırılması və ya azaldılması üçün tədbirlər görməlidirlər.
Həmçinin qeyri-hökumət təşkilatları institusional risk qiymətləndirilməsi zamanı bütün risk faktorlarını, ölkə və sahəvi risk qiymətləndirilmələrinin nəticələrini nəzərə almalıdırlar.
Qeyd edilməlidir ki, sahəvi risk qiymətləndirilməsi prosesində nəzarət orqanları bütün risk faktorlarını, ölkə risk qiymətləndirilməsinin nəticələrini və nəzarət etdikləri şəxslər tərəfindən təqdim edilən institusional risk qiymətləndirilməsinin nəticələrini nəzərə almalıdırlar.

QHT-lərə tövsiyyə olaraq aşağıdakı nümunəni nəzərinizə çatdırırıq. Təbii ki, sənəddəki risk qiymətləndirmə nəticələri şərti xarakter daşıyır və QHT-lərin özləri tərəfindən risk səviyyəsi nəticəsi qiymətləndirilir. Həmçini sənədə məqbul bildiyiniz əlavə və düzəlişləri də edə bilərsiniz.

Nümunə ilə aşağıda tanış ola bilərsiniz:

 

 

___________________________ İctimai Birliyi

İnstitusional Risk Qiymətləndirilməsi – Nəticələrin Hesabatı
Tarix: 10 Aprel 2025
Təqdim olunur: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə


1. Giriş

İnstitusional risk qiymətləndirilməsi ____________________________ İctimai Birliyinin fəaliyyətində potensial risklərin vaxtında müəyyən edilməsi və onların azaldılması məqsədilə aparılmışdır. Qiymətləndirmə əsasən idarəetmə, maliyyə, hüquqi və fəaliyyət riskləri təhlil olunmuşdur.


2. Qiymətləndirmənin Məqsədi

  • Təşkilatın fəaliyyətində institusional davamlılığa mane ola biləcək risklərin müəyyən edilməsi;
  • Risklərin səviyyəsinin qiymətləndirilməsi (aşağı, orta, yüksək);
  • Tədbirlər planının hazırlanması.

3. Risk Kateqoriyaları və Nəticələr

 

 

4. Ümumi Qiymətləndirmə

Hazırda _____________________ İctimai Birliyi üçün risk səviyyəsi “Orta” olaraq qiymətləndirilir. Müvafiq tədbirlər həyata keçirildiyi halda risklərin təsiri minimuma endirilə bilər.


5. Tövsiyələr

  1. Risklərin idarə olunması üzrə Daxili Siyasət sənədinin hazırlanması;
  2. Müntəzəm olaraq risk qiymətləndirmə sessiyalarının keçirilməsi;
  3. Əməkdaşların risklərin idarə olunması ilə bağlı maarifləndirilməsi;
  4. Hesabatların illik Əlavə Risk Qiymətləndirmə hesabatı formasında hazırlanması.

Tərtib etdi:
______________

Sədr
__________________________ İctimai Birliyi

Əlaqə:
📞 (+994 XX) XXX XX XX
📧 _______@_________