İran ABŞ-a müvəqqəti nüvə sazişi təklif edə bilər
İran, ABŞ-ın mümkün hərbi eskalasiyasının qarşısını almaq məqsədilə qarşıdakı danışıqlarda müvəqqəti nüvə razılaşması təklif etməyi planlaşdırır. Bu təklif ABŞ Prezidenti Donald Trampın yeni saziş üçün təyin etdiyi iki aylıq müddət fonunda nəzərdən keçirilir.
QHT.az xəbər verir ki, müvəqqəti sazişin Tehranın uran zənginləşdirilməsi fəaliyyətlərini məhdudlaşdırması, zənginləşdirilmiş uran ehtiyatının 60% azaldılması və BMT müfəttişlərinə geniş çıxış imkanı verilməsini əhatə edəcəyi bildirilir. Məqsəd – gərginliyi azaltmaq və gələcək danışıqlar üçün etimad yaratmaqdır.
Ekspertlər hesab edirlər ki, bu addım İranın nüvə silahı əldə etmə vaxtını uzada, eyni zamanda 2015-ci il razılaşmasının bəzi mexanizmlərinin bərpasına səbəb ola bilər. İran isə ABŞ-dan iqtisadi sanksiyaların yüngülləşdirilməsini gözləyir.
R.İmanov