"Uşaq hüquqları – sosial fəaliyyət" adlı tədbir keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə fəalı Abışov Abbasəlinin təşəbbüsü, Abşeron rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə "Uşaq hüquqları – sosial fəaliyyət" adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, iştirakçılara uşaq hüquqları haqqında ətraflı məlumat verildi, interaktiv müzakirələr aparıldı.

Tədbir çərçivəsində şagirdlərə uşaq hüquqlarının pozulması ilə qarşılaşdıqları halda necə davranmalı olduqları barədə situasiya əsaslı tapşırıqlar təqdim olundu. Bu yanaşma həm maarifləndirici, həm də praktiki biliklərin formalaşmasına töhfə verdi. Eyni zamanda, könüllülük, sosial fəaliyyət və ictimai iştirakçılıq mövzularında da məlumatlandırma aparıldı.