Xüsusi Olimpiya Komitəsində beynəlxalq görüş – əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov ölkəmizdə səfərdə olan Xüsusi Olimpiyanın Avropa - Avrasiya Regional Ofisinin Təşkilati İnkişaf üzrə baş direktoru Krzysztof Krukowski ilə görüşüb. 


V. Behbudov qonağa Azərbaycan Xüsusi Olimpiya Komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Komitə xüsusi qayğıya ehtiyacı olan şəxslərin idman bacarıqlarını ortaya çıxarmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olur. 


Krzysztof Krukowski Komitənin işini yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzu edib. 
Görüşdə hər iki tərəfin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.