"ABŞ Azərbaycana dəstəyini artırır" - Deputatdan açıqlama
ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. Bu fikirlər Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur.
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlar ilə ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir: "Bu regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhvə verən faydalı əməkdaşlıqdır".