"Abituriyentlərə dəstək"adlı təlim keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəsi Sevinc Məmmədova tərəfindən "Abituriyentlərə dəstək"adlı təlim keçirilib.

QHT.az xəbər verir ki, iştirakçılara imtahan prosesinə hazırlıq zamanı stresin idarə olunması, özünü motivasiyə etməyin yolları izah edilib. İxtisas seçimi zamanı kənar müdaxilələrin fərdi seçimlərə olan təsirinin ciddi fəsadlara yol aça biləcəyini və bunun üçün abituriyentlərin öz seçimlərini edərkən subyektiv mövqedən yanaşmağın vacib olduğu diqqətə çatdırıblar.

Təlim iştirakçıları maraqlandıran sualların region nümayəndəsi tərəfindən cavablandırılması və diskussiya ilə bitib.