“Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırım və sürgünlər” mövzusunda konfrans - FOTOLAR

Bakı Dövlət Universiteti (BDU), "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırım və sürgünlər” mövzusunda konfrans keçirilib.

QHT.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə təşkil olunub. Konfrans, Dokuz Eylül Universitetində Dövlət himnlərinin səslənməsi və soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə iştirak edənlər arasında çıxış edənlər, XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımların tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Panel müzakirələrində, müxtəlif universitetlərin professor və dosentləri, soyqırımların miqyası, səbəbləri və nəticələri barədə məruzələr təqdim ediblər. Tədbir, sual-cavab sessiyası ilə sona çatıb. Bu təşəbbüs çərçivəsində növbəti konfransın aprelin 11-də Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi planlaşdırılır.

 

Pərvanə Fərhadqızı