“Xarı-bülbül. Azərbaycan dastanı” Bolonya Uşaq Kitab Sərgisində uğurla nümayiş etdirildi - FOTOLAR

Martın 31-dən aprelin 3-dək İtaliyada keçirilən “Bolonya Uşaq Kitab Sərgisi / 2025” çərçivəsində “Şərq - Qərb” nəşriyyatı tərəfindən çap olunan “Xarı-bülbül. Azərbaycan dastanı” kitabı uğurla nümayiş etdirilib.

QHT.az xəbər verir ki, sərgi dünyanın müxtəlif ölkələrindən gələn nəşriyyatlar, müəlliflər və uşaq ədəbiyyatı sahəsində fəaliyyət göstərən qurumların iştirakı ilə beynəlxalq platformada baş tutub.

Azərbaycan ədəbiyyatının ölkə daxilində və onun hüdudlarından kənarda təbliğində göstərilən dəstəyə görə nəşriyyatın direktoru Sevil İsmayılovaya və yazıçı Bəhram Bağırzadəyə kitabın müəllifi tərəfindən dərin təşəkkür bildirilib.

 

Pərvanə Fərhadqızı