Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq müzakirə olundu - FOTOLAR

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin (RMİD) İdarə Heyətinin sədri Xəyalə Mütəllimova, Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Simon Kopadze, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva və “Könül Evi” Aztəminatlı ailələrə yardım İctimai Birliyinin sədri Rüxsarə Axundova arasında görüş keçirilmişdir.

QHT.az xəbər verir ki, görüşdə, iki ölkə arasında işgüzar əlaqələrin və münasibətlərin gücləndirilməsi, həmçinin bu istiqamətdə ortaq layihələrin icra olunması müzakirə edilmişdir.