QHT sədri: "Regionlarda gender bərabərliyinin təmin edilməsi üçün effektiv tədbirlər lazımdır"

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanın regionlarında gender bərabərliyinin təmin olunması üçün effektli tədbirlərə ehtiyac var.

QHT sədri qadınların ictimai-siyasi həyatda balanslaşdırılmış iştirakının artırılması üçün tədqiqatlar, monitorinqlər və ictimai müzakirələrin keçirilməsinin vacib olduğunu qeyd edib. O, həmçinin, beynəlxalq və yerli hüquqi aktlara əsaslanaraq qadınların ictimai-siyasi həyatda rolunun artırılmasını dəstəkləyən qanunvericiliyi vurğulayıb. O, gender bərabərliyi sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsinin vacib olduğunu, dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının bu sahədə uğurlu nəticələr verəcəyini qeyd edib.

QHT-lərin əsas vəzifələrinə qanunvericiliyin təbliği, region əhalisinin maarifləndirilməsi, qadınların hüquq və imkanları barədə məlumatlandırma və gender bərabərliyinin təşviqi daxildir. Bu tədbirlər region qadınlarının ictimai-siyasi fəaliyyətini artıracaq və qanunvericilik barədə məlumatlılıq səviyyəsini yüksəldəcək.

 

Pərvanə Fərhadqızı