Tramp əczaçılıq məhsullarının idxalına "əsas" tarifləri açıqlayıb
ABŞ prezidenti mənfi nəticələrə baxmayaraq daha çox sənaye tarifləri tətbiq etməyi planlaşdırır.
QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də Milli Respublikaçılar Komitəsinin tədbirində çıxış edərkən yaxın vaxtlarda əczaçılıq məhsullarına yüksək tariflər tətbiq ediləcəyini bildirib. O, bu qərarın şirkətləri istehsalı ABŞ-a qaytarmağa təşviq edəcəyini deyib: “Biz böyük bazarıq və bu bizim üstünlüyümüzdür”. Tramp uzun müddətdir ölkədə yerli əczaçılıq istehsalının çatışmazlığından narahatlığını ifadə edib və bu sahədə istehsalın artırılması üçün tariflərdən istifadə olunacağını dəfələrlə vurğulayıb.
Əczaçılıqla yanaşı, Tramp administrasiyası taxta və yarımkeçirici çiplər kimi sahələrdə də əlavə tariflərin tətbiq olunacağını istisna etməyib, lakin hələlik konkret vaxt və təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Tramp bundan əvvəl polad, alüminium, avtomobil və mis kimi sahələrə də tariflər tətbiq edib. O, keçən həftə “qisas” tarifləri elan etməklə ABŞ bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb olmuşdu.
R.İmanov