Bu gün qəhrəman şəhidimiz Məhəmməd Əşrəfovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Yusif oğlu Əşrəfov 9 aprel 2002-ci ildə Goranboyda anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 oktyabr tarixində Füzulinin Alxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Məhəmməd Əşrəfov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!