"Aprel Döyüşləri-Zəfərə Aparan Yol" adlı intellektual yarış keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Qazax rayonu üzrə fəalı Nazilə Nəbiyevanın təşəbbüsü, Qazax Rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə "Aprel Döyüşləri-Zəfərə Aparan Yol" adlı intellektual yarış keçirilib.
QHT.az xəbər verir ki, Qazax rayon, A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbində baş tutan yarışda, şagirdlərə Aprel Döyüşləri mövzusunda müxtəlif suallar verilib, ən çox suala düzgün cavab verən komanda yarışın qalibi olub.