Tramp Çini tariflərlə bağlı hədələyir

ABŞ prezidenti Çinə aprelin 9-dək vaxt verib.

QHT.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth Social" platformasında yayımladığı bəyanatda Çini 50%-lik əlavə rüsumla hədələyib. O, Pekini ABŞ mallarına tətbiq etdiyi 34%-lik tariflərə yenidən baxmağa çağırıb və əks halda daha sərt tarif tədbirlərinin tətbiq ediləcəyini bildirib. Tramp qeyd edib ki, Çin artıq qeyri-qanuni subsidiyalar, valyuta manipulyasiyası və yüksək tariflərlə ABŞ-a qarşı iqtisadi təzyiqlər göstərir. Əgər bu siyasət davam edərsə, ABŞ aprelin 9-dan etibarən 50%-lik əlavə rüsum tətbiq edə bilər.

O, həmçinin, bu vəziyyətdə ABŞ-Çin ticarət danışıqlarının tamamilə dayandırılacağını, əvəzində ABŞ-ın digər ölkələrlə (Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya) danışıqlara başlayacağını bildirib.

Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə xaricdən idxal edilən avtomobil və ehtiyat hissələrinə 25%, Avropa, Yaponiya və Cənubi Koreyadan idxala isə 20% rüsum tətbiq olunub. Çin isə bu tariflərə cavab olaraq qarşı tədbirlər görüb və məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib. Mediada yayılan məlumata görə, Çin, Yaponiya və Cənubi Koreya Trampın sərt siyasətinə qarşı birgə cavab addımları hazırlayır.

 

R.İmanov