UNEC ölkə universitetləri arasında növbəti ilkə imza atıb

Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ (UNEC) ölkə universitetləri arasında ilkə imza ataraq, InCites Benchmarking & Analytics platformasından istifadə etmək imkanı əldə edib.

QHT.az xəbər verir ki, platforma istifadəçilər üçün UNEC haqqında elmmetrik məlumatların təhlil olunmasında, universitetin inkişaf planının, həmçinin tədqiqat strategiyasının hazırlanmasında əvəzsiz alət rolunu oynayacaq. Eləcə də akademik performansı digər universitetlərlə müqayisə etmək, aparılan tədqiqatların təmsil etdikləri qurumun və ölkə elminin inkişafına verdiyi töhfəni ölçməyə imkan yaradacaq.

Aparılan təhlillər nəticəsində universitetin ən yaxşı olduğu sahələri və inkişaf etdirilməsi zəruri olan istiqamətləri də müəyyənləşdirmək mümkün olacaq.